Neftin qiyməti yenidən ucuzlaşdı | Banco.az

Neftin qiyməti yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Amerika Neft Sənayesinin ABŞ-da xam neft ehtiyatlarının çoxaldığını açıqlaması və pandemiya tədbirlərinin artırılması fonunda ucuzlaşır.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 53 dollar səviyyəsinə geriləyib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) 0.3% dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 08:35-də 53.13 dollara geriləyib.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.3% dəyər qazandıqdan sonra 0.3% geriləyərək bir bareli 53.90 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et