Neftin qiyməti yenidən bahalaşıb | Banco.az

Neftin qiyməti yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşıb.

Banco.az xəbər verir ki, neft sanksiyalar, geosiyasi risklər və OPEC+ tədarükünün azaldılması səbəbindən bazarın sərtləşdiyinə dair işarələrdən sonra üç günlük ucuzlaşmanın ardınca bahalaşmağa başlayıb.

Brent markalı neft ötən həftənin son üç günündə 2 faizdən çox ucuzlaşdıqdan sonra bir bareli 86 dollara yüksəlib.

ABŞ xam nefti isə 81 dollardan yuxarı ticarət olunur.

Qeyd edilənə görə, 2022-ci ildə Ukraynanın işğalından sonra Rusiyanın Çindən sonra ən böyük müştərisi olan Hindistanın neft emalı zavodları sanksiya riskləri və daşınmanın bloklanması səbəbindən dövlətə məxsus “Sovcomflot PJSC”nin tankerlərini artıq qəbul etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram