Neftin qiyməti yenidən bahalaşıb | Banco.az

Neftin qiyməti yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən həftə mənfi tendensiya ilə keçirən neft bazarları yeni həftəyə bahalaşma ilə başlayıb.

Banco.az xəbər verir ki, ABŞ xam nefti 71 dollardan, Brent markalı neft isə 76 dollardan baha satılıb.

Xatırladaq ki, ötən həftə ABŞ xam nefti 11 faizə qədər ucuzlaşmışdı.

Çində pandemiya tədbirlərinin yumşaldılmasından sonrakı tələb perpektivləri qiymətlərin yuxarıya doğru hərəkətində təsirli olmağa davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et