Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünyanın aparıcı mərkəzi banklarının faiz qərarı ərəfəsi neftin qiymətlərində bahalaşma müşahidə olunur.
Banco.az xəbər verir ki, ABŞ xam nefti əvvəlki iki seansda təxminən 3 faiz dəyər itirdikdən sonra 0,67% bahalaşmaqla bir barel 87 dolları ötüb.
0,78 faiz bahalaşan Brent markalı neft isə hazırda 95,53 dollara satılır.
Xatırladaq ki, FED sabah faiz qərarını açıqlayacaq ki, qlobal birjaların əsas diqqəti həmin istiqamətə yönəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!