Tamara Mustafayeva, Banco.az
Koronavirusun yeni ştammı neft bazarlarına da təsir göstərməkdədir.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri "Omicron" ştammının həftənin cümə günü yaratdığı narahatlıqlardan sonra investorların qlobal tələblə bağlı risk faktorunu analiz etməsi və "OPEC+"ın bu həftə hasilat həcminin artırılmasının dayandırılması ilə bağlı qərar qəbul edəcəyinə dair iddialar fonunda bahalaşsa da, daha sonra Yaponiyanın xarici vətəndaşların ölkəyə girişini qadağan edəcəyi xəbəri ilə bir qədər ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 4,3% dəyər qazanmaqla hazırda bir bareli 71.07 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 3,6% bahalaşaraq bir bareli 75.13 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!