Neftin qiyməti yenidən bahalaşdı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarının diqqəti ABŞ-dan gələcək cavaba yönəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri OPEC+ tərəfindən hasilatın tədricən artırılması planına davam edilməsi ilə bağlı müvafiq qərarına ABŞ prezidenti Co Baydenin cavab verəcəyinə dair ehtimallar fonunda bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,2% dəyər qazanmaqla hazırda bir bareli 79.55 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 1,1% bahalaşaraq bir bareli 81.39 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et