Neftin qiyməti yenidən bahalaşdı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti Səudiyyə Ərəbistanının Enerji Naziri Əbdül Əziz bin Salmanın qlobal neft hasilatı ilə bağlı ehtiyatlı olmağın zəruriliyindən bəhs etməsi fonunda bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,1% dəyər qazanmaqla hazırda bir bareli 84.70 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,1% bahalaşaraq bir bareli 86.37 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram