Neftin qiyməti yenidən bahalaşdı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri bu ilin ən uzun müddətli artım dinamikasına imza atıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ardıcıl olaraq yeddinci həftəni də qazancla başa vurmaqla koronavirus əleyhinə peyvəndin tapıldığı 2020 noyabr-dekabr dövründən bəri müşahidə edilən ən uzun müddətli bahalaşma silsiləsini reallaşdırıb. Fyuçerslər Nyu-York əmtəə birjasında 1,1% artımla 80 dollara qədər bahalaşıb.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,3% bahalaşmaqla hazırda bir bareli 79.28 dollara icra edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 1,1% dəyər qazanaraq bir bareli 82.88 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et