Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri "yeni koronavirus" səbəbilə ucuzlaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri koronavirusun mutasiyaya uğraması və sərtləşdirilmiş karantin tədbirləri ilə bağlı narahatlıqlar fonunda yeni iş həftəsinə geriləyərək başlayıb.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti cümə günü on ayın ən yüksək səviyyəsinə qalxdıqdan sonra 3% dəyər itirərək 48 dollardan aşağı düşüb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:54-də 3,2% geriləyərək 47.53 dollar səviyyəsinə düşüb.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1,5% yüksəldikdən sonra 3.1% dəyər itirərək bir bareli 50.63 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!