Neftin qiyməti yeni həftədə ucuzlaşdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neftin qiyməti yeni həftədə ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni iş həftəsinə ucuzlaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ-ın yenicə seçilmiş prezidenti Co Baydenin trilyon dollar dəyərindəki stimul paketi açıqlamasından sonra yeni həftəyə geriləyərək başlayıb.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 0.9% geriləyərək 52 dollar səviyyəsindən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) ötən həftə 7.7% yüksəldikdən sonra bazar ertəsi Bakı vaxtı ilə 08:55-də 47 sent ucuzlaşmaqla 51.77 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 3% yüksəldikdən sonra 1.2% geriləyərək bir bareli 55.33 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram