Neftin qiyməti yenə də bahalaşdı | Banco.az

Neftin qiyməti yenə də bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni günə başlaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri dolların dəyər itirməsi səbəbilə əmtəə qiymətlərinin daha cəlbedici hesab edilməsi fonunda axırıncı iki ilin ən uzun bahalaşma dövrünə doğru addımlayır.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti ardıcıl yeddi seansda yüksələrək 54 dollara çatıb.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) ötən altı gün ərzində 12% yüksəldikdən sonra bu gün Bakı vaxtı ilə 08:15-də 53.83 dollar səviyyəsində icra edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1.7% yüksəldikdən sonra yenidən 1.3% yüksələrək bir bareli 57.32 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et