Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ucuzlaşmaqda davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, Delta ştammının Çində geniş yayılması ilə yaranan narahatlıqlar əmtəə birjalarına təzyiq göstərməyə davam edərkən qiymətlər də ardıcıl olaraq üçüncü gündür ki, ucuzlaşmaqdadır.
ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% geriləyərək hazırda bir bareli 70.42 dollara icra edilir.
Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında cüzi dəyişikliklə bir bareli 72.43 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!