Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri OPEC+ iclasından öncə ucuzlaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının nə qədər artırılacağı ilə bağlı qərarın qəbul ediləcəyi iclasdan öncə ucuzlaşıb.
Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti ardıcıl üç gün dəyər itirərək 60 dollardan ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:43-də 1,2% geriləyərək bir bareli 59.89 dollara qədər enib.
Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 1,2% dəyər itirməklə bir bareli 62.96 dollar səviyyəsinə qədər ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!