Neftin qiyməti son 9 ayda ən yüksək həddə çatıb | Banco.az

Neftin qiyməti son 9 ayda ən yüksək həddə çatıb

Dünya bazarında neftin qiyməti son 9 ayda ən yüksək həddə qalxıb.

Noyabrın 25-də London birjasında Brent markalı neft üzrə yanvar müqavilələrinin qiyməti 2,51% bahalaşaraq 49,06 dollara yüksəlib.   Sonuncu dəfə Brent markalı neft bu qiymətə martın 6-da satılmışdı.

Neft ABŞ birjalarında da bahalaşıb. WTI markalı neftin qiyməti 2,85% artaraq 46,19 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram