Müəllif:Mehin Qasımova/Banco.az
Neft qiymətləri ABŞ-da hasilatın azalması və Çində yeni iqtisadi stimullar xəbərindən sonra son 8 həftənin ən yüksək səviyyəsini saxlayaraq yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri bir barel üçün 81,05 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 1,01 dollar (1,26%) çoxdur.
Nyu-York əmtəə birjasında (NYMEX) mart ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,98 dollar (1,31%) artaraq 1 barelə görə 76,07 dollar təşkil edib.
ABŞ-ın neft ehtiyatları keçən həftə 9,23 milyon barrel azalaraq avqustun ortalarından bu yana rekord templə və analitiklərin proqnozlarından dörd dəfə güclü olub.
Şimali Dakotada neft quyularının istismarında fasilələrə səbəb olan soyuq hava səbəbindən ABŞ-da neft hasilatı sutkada 1 milyon barel azalaraq 12,3 milyon barel olub. Bir həftə əvvəl istehsal tarixi maksimuma çatıb.
Sevens Report Research-in icmalına əsasən, treyderlərin əsas diqqətini məhz ABŞ istehsalının azalması cəlb edib.
Əlverişsiz hava 2021-ci ilin fevralından bəri ABŞ-ın neft və neft məhsulları bazarına ən əhəmiyyətli təsir göstərib.
Neft bazarı üçün müsbət amil Çin Mərkəzi Bankının banklar üçün məcburi ehtiyat normasının azaldılması ilə bağlı mesajı olub ki, bu da Çin iqtisadiyyatının perspektivləri ilə bağlı investorların əhval-ruhiyyəsini yaxşılaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!