Neftin qiyməti rekord səviyyədə bahalaşdı | Banco.az

Neftin qiyməti rekord səviyyədə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC iclasından sonra kəskin bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti dünən baş tutan OPEC+ iclasında neft hasilatının gündəlik 400 min barel artırılması öhdəliyinə sadiq qalınacağını bildirməsindən sonra sürətlə bahalaşmağa başlayaraq ötən 7 ilin maksimumuna yüksəlib.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% bahalaşmaqla hazırda bir bareli 77.89 dollara icra edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,5% dəyər qazanaraq bir bareli 81.63 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et