Tamara Mustafayeva, Banco.az
Ötən həftə OPEC+ tərəfindən qəbul edilən hasilatın azaldılması qərarından sonra mart ayından bəri qeydə alınan ən böyük bahalaşma dinamikasının müşahidə olunduğu neft bazarları yeni həftəyə yan meyllə başlayıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ xam nefti 0,69 faiz ucuzlaşmaqla 92 dollar səviyyəsinə geriləyib.
Brent markalı neft isə 0,74 faiz dəyər itirərək hazırda 97,20 dollara satılır.
Xatırladaq ki, ötən həftə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onun Rusiyanın da daxil olduğu müttəfiqləri neft hasilatını gündəlik 2 milyon barel azaltmağa razılaşdıqdan sonra ABŞ xam nefti 17 faiz bahalaşmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!