Neftin qiyməti pandemiyadan əvvəlki səviyyəyə qayıtdı | Banco.az

Neftin qiyməti pandemiyadan əvvəlki səviyyəyə qayıtdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri pandemiyadan əvvəlki səviyyələrə qayıdıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-dakı soyuq hava dalğasının xam neft istehsalı ilə məşğul olan müəssisələri öz təsiri altına alması səbəbilə pandemiyadan əvvəlki səviyyələrə geri dönərək 1 bareli 65 dolları üstələyib. 

London əmtəə birjasında bir barel neftin qiyməti 65 dollardan bahalaşıb.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) çərşənbə günü 1,8% yüksəldiksən sonra yenidən 1% yüksələrək bir bareli 61.74 dollara çatıb.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında bu gün Bakı vaxtı ilə 09:32-də 1,3% yüksələrək bir bareli 65.20 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram