Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti ötən bir ayın maksimumuna yüksəlib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ xam nefti bazar ertəsini 2,4%-lik bahalaşma ilə başa vurduqdan sonra 24 noyabr tarixindən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Bu bahalaşma Fransa kimi ölkələrin məsafədən iş rejiminə keçməsi və yoluxma sayının sürətlə artmasına rəğmən davam etməkdədir.
Brent markalı neftin fevral fyuçersi London əmtəə birjasında 0,1% dəyər qazanaaraq bir bareli 78.69 dollara qalxıb.
ABŞ xam neftinin (WTI) fevral fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,3% bahalaşmaqla hazırda bir bareli 75.76 dollara ticarət edilir.
Xatırladaq ki, hazırki artımla birlikdə neft ümumilikdə yeddi rübü dəyər artımı ilə başa vurmuş sayılacaq ki, bu da, öz növbəsində ABŞ xam nefti üçün 1983-cü ildən bəri qeydə alınan ən uzun müddətli artım dinamikası hesab edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!