Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yeni günə bahalaşma ilə başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti özəl sektorlar tərəfindən irəli sürülən məlumatların ABŞ xam neft ehtiyatlarının azalmasını bildirməsi ilə 2018-ci ildən bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) əvvəlki seansda 1,6% bahalaşdıqdan sonra yenidən 0,6% yüksələrək hazırda bir bareli 69.23 dollara icra edilir.
Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,6% dəyər qazanaraq bir bareli 71.78 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!