Neftin qiyməti OPEC iclası ərəfəsində yenidən aşağı düşüb | Banco.az

Neftin qiyməti OPEC iclası ərəfəsində yenidən aşağı düşüb

Neft qiymətləri təqribən iki ayın ən böyük yüksəlişini yaşadıqdan sonra böyük neft ixracatçılarının artan qiymət dəyişikliyi şəraitində hasilat strategiyasını müzakirə etməyə hazırlaşmaları ilə birlikdə aşağı düşüb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, hazırda bütün diqqətlər, gələn həftə Vyanada keçiriləcək OPEC iclasından əvvəl, bu həftə Argentinada baş tutacaq G-20 sammitinə çevrilib.

Nyu York əmtəə birjasında neftin fyuçersi bazar ertəsi 2.4% yüksəldikdən sonra 1% - ə qədər dəyər itirib. Bununla yanaşı çərşənbə günü açıqlanacaq rəsmi məlumatlardan əvvəl, ABŞ xam neft ehtiyatlarının ötən həftə son 10 həftədə ilk dəfə olaraq geriləməsi gözlənilir.

Xatırladaq ki, ABŞ – ın bəzi ölkələrə İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı imtiyaz verməsi, Səudiyyə Ərəbistanında rekord səviyyəyə çatan istehsal və ABŞ – da artan neft hasilatından sonra neft qiymətləri “ayı bazarı” – na daxil olmuşdu. Neft ixrac edən ölkələr birliyinin (OPEC) və ortaqlarının ABŞ prezidenti Donald Trampın neft qiymətlərini aşağı salmaqla bağlı çağırışına qarşı, 6 dekabr tarixində keçiriləcək iclasda hasilata məhdudiyyət qoyub qoymayacağına dair dəqiq fikirlər səslənmir.

Ən sərfəli kredit üçün müraciət et

Nyu York əmtəə birjasında ABŞ xam nefti (WTI) 52 sent aşağı düşərək bir bareli 51.11 dollara gerilədikdən sonra Bakı vaxtı ilə 06:35 – də 51.32 dollara yüksəlib. Fyuçers, ötən həftə 11% düşərək Yanvar 2016 – dan bəri ən böyük həftəlik itkisini reallaşdırdıqdan sonra bazar ertəsi 1.21 dollar yüksələrək 51.63 dollardan bağlanıb.

“Brent” markalı neftin yanvar fyuçersi isə 21 sent yüksələrək bir bareli 60.27 dollara enib. Fyuçers, bazar ertəsi 1.68 dollar yüksələrək 60.48 dollardan bağlanıb.

Tamara Mustafayeva, Banco.az