Neftin qiyməti kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

2008-ci il maliyyə böhranından sonra Brent markalı neftin ən kəskin gündəlik ucuzlaşması qeydə alınıb.

Banco.az xəbər verir ki, qlobal neft tələbi ilə bağlı narahatlıqlar səbəbindən çərşənbə axşamı ilk dəfə 80 dollardan ucuzlaşan neft qiymətləri Çində Kovid məhdudiyyətlərinin yumşaldılması addımlarından sonra qismən bahalaşmağa başlayıb.

ABŞ xam neftinin bir bareli 0,96 faiz dəyər qazanmaqla 72,70 dollara qalxıb.

0,79 faiz bahalaşan Brent markalı nefti isə hazırda 77,78 dollara satılır.

Qeyd edək ki, ilin əvvəlindən baxıldığında, ABŞ xam neftinin ilin bütün qazanclarını sildiyi görülür. Brent neftində isə illik qazanc təxminən 1%-ə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et