Neftin qiyməti kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri Çin etirazları fonunda 2021-ci ilin dekabrından bəri ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, Çindəki etirazların investorların risk iştahını azaltması və enerji tələbi ilə bağlı proqnozu pisləşdirməsi, həssas qlobal xam neft bazarına təzyiqi artırması nəticəsində neft ötən ilin dekabr ayından bəri ən aşağı səviyyəyə qədər ucuzlaşıb.

ABŞ xam neftinin bir bareli 2,53 faiz ucuzlaşmaqla 74,35 dollara düşüb.

Brent markalı neftin bir bareli isə 2,52 faiz dəyər itirməklə 81,52 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et