Neftin qiyməti kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

OPEC+ iclasından əvvəl dünya bazarlarında neft qiymətlərinin qeyri-stabilliyi müşahidə edilir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri OPEC+ tərəfindən hasilatın artırılması ilə bağlı qərarın açıqlanacağı iclasdan əvvəl Omikron ştammının səbəb olduğu qeyri-müəyyənliyin də təsiri ilə ötən 3 ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,4% dəyər itirməklə hazırda bir bareli 66.47 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 1,4% ucuzlaşaraq bir bareli 69.80 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram