Neftin qiyməti kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında "səyahət məhdudiyyətləri"nin təsiri hökm sürür.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri İngiltərənin altı Afrika ölkəsinə aviareysləri dayandırması və sərnişinlərə karantin müddətinin tətbiq ediləcəyini açıqlamasından sonra kəskin ucuzlaşıb. 

London əmtəə birjasında bir barel neftin qiyməti 80 dollardan aşağı düşüb.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 3,7% dəyər itirməklə hazırda bir bareli 75.52 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 3% geriləyərək bir bareli 79.72 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et