Neftin qiyməti kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti kəskin ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti ABŞ xam neft ehtiyatlarının artması və İranın yaxın zamanda yenidən neft ixracına başlama ehtimalının olması fonunda sürətlə dəyər itirib.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2,1% ucuzlaşmaqla hazırda bir bareli 80.89 dollara ticarət edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 2,4% dəyər itirərək bir bareli 82.52 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et