Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri 7 ilin maksimumuna çatdıqdan sonra yenidən ucuzlaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ ölkələrinin avqust ayında hasilatın artırılması üzrə razılığa gələ bilməməsi fonunda çərşənbə axşamı bahalaşdıqdan sonra yenidən dəyər itkisi yaşayıb.
Nyu-York əmtəə birjasında ABŞ xam nefti 2%-dən çox bahalaşaraq 76.93 dollara çatmaqla ötən 7 ilin zirvəsinə yüksəldikdən sonra 2,4% geriləməklə 74 dollardan ucuzlaşıb.
Brent markalı neftin sentyabr fyuçersi London əmtəə birjasında 3 sent dəyər qazanmaqla bir bareli 74.56 dollara enib.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) ötən həftənin 1% yüksələrək hazırda bir bareli 73.46 dollara icra edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!