Neftin qiyməti kəskin bahalaşdı | Banco.az

Neftin qiyməti kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Həftənin ilk ticarət günü neft qiymətlərində kəskin artım müşahidə olunub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft bazarlarının əsas diqqətinin OPEC+ koalisiyası tərəfindən elan ediləcək hasilat qərarına yönəldiyi bir vaxtda hasilatın proqnozlardan daha çox azaldılacağına dair xəbərlər qiymətləri bahalaşdırıb.

ABŞ xam nefti və Brent markalı neft yeni həftəyə 3 faiz artımla başlayıb.

İlk əməliyyatlarda ABŞ xam nefti 81 dolları, Brent nefti isə 87 dolları ötüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram