Neftin qiyməti 69 dollara yüksələrək illik maksimumu yeniləyib
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,52 dollar artaraq 61,92 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,56 dollar artaraq 69,08 dollar olub.
Bununla da, Brent markalı neftin qiyməti illik maksimumu yeniləyib. Qeyd edək ki, ötən ilin dekabr ayından bu günə qədər Brent neftin qiyməti 66 dollar həddini aşa bilməyib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,67% və ya 1,78 dollar artaraq 68,44 dollar olub.