WTI neftinin bir barelinin qiyməti bu il ilk dəfə 50 dolalardandan aşağı düşüb.
Banco.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, neftin qiyməti OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı ötən ilin 10 dekabrında verdiyi qərardan sonra ilk dəfə 50 dollardan aşağı düşüb.
ICE qitələrarası birjanın nəticələrində WTI nefti üçün aprel fyuçersləri bir barel üçün 49,58 dollardan ibarət olub. Ticarət sessiyasının əvvəlindən qiymətin enməsi 1,4%-dən ibarət olub.
Brent markalı neftin may fyuçersləri, eyni zamanda 52,03 dollar səviyyəsində satılır. Bakı vaxtı ilə 14:01-də Brent neftinin bir barelinin qiyməti 53,32 dollardan ibarət olub.
Qeyd edək ki, neftin ucuzlaşmasının səbəbi ABŞ-da neft ehtiyatlarının artımı haqqında xəbərlər olub. ABŞ-da neft ehtiyatları bir həftə ərzində 8,2 milyon barel artaraq 528,4 milyon bareldən ibarət olub.