Neftin qiyməti cüzi ucuzlaşdı | Banco.az

Neftin qiyməti cüzi ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neft qiymətləri cüzi ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti qış aylarının yaxınlaşması və qlobal enerji böhranının davam etməsi fonunda 80 dollar səviyyəsindən yuxarı icra edilməkdədir.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% dəyər itirməklə hazırda bir bareli 80.57 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,4% ucuzlaşaraq bir bareli 83.37 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et