Neftin qiyməti cüzi bahalaşıb | Banco.az

Neftin qiyməti cüzi bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ABŞ-dan gələn volatil göstəricilər fonunda sabit qalıb.

Banco.az xəbər verir ki, Şimali İraq neftində baş verən proseslərin yaratdığı yüksəliş riski ABŞ-dan gələn volatil göstəricilər ilə balanslaşdırıldığı üçün neft qiymətlərində məhdud dinamika müşahidə olunub.

Çərşənbə günü məhdud eniş göstərən ABŞ xam nefti yeni ticarət günündə 73 dollar səviyyələrində kursunu davam etdirib. 

Brent markalı neftin qiyməti isə 78 dollar olub.

Qeyd edək ki, ABŞ hökumətinin açıqladığı məlumatlara görə, ötən həftə xam neft ehtiyatları bu ilin ən böyük azalmasına imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et