Neftin qiyməti cüzi bahalaşdı | Banco.az

Neftin qiyməti cüzi bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti qlobal enerji böhranının bazara təsiri davam edərkən bu gün də cüzi bahalaşıb. Digər tərəfdən isə OPEC+ sentyabr ayı üzrə hasilat hədəfinə çata bilməyib.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% bahalaşmaqla hazırda bir bareli 82.51 dollara satılır.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər qazanaraq bir bareli 84.39 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et