Neftin qiyməti cüzi bahalaşdı | Banco.az

Neftin qiyməti cüzi bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri cüzi bahalaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Çinin strateji neft ehtiyatlarından istifadə edəcəyini elan etməsinin ardınca dünən ucuzlaşdıqdan sonra yeni günə cüzi bahalaşma ilə başlayıb.

ABŞ xam neftinin (WTI) oktyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,4% yüksəlməklə hazırda bir bareli 68.44 dollara icra edilir.

Brent markalı neftin noyabr fyuçersi isə London əmtəə birjasında 0,6% bahalaşaraq bir bareli 71.84 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et