Neftin qiyməti bu həftə kəskin ucuzlaşdı | Banco.az

Neftin qiyməti bu həftə kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında mərkəzi bankların faiz dərəcələrini artırması və Çinin sıfır Kovid strategiyasına sadiq qalması nəticəsində istehlakın zərbə alacağı ilə bağlı narahatlıqlar hökm sürür. Dolların rekord həddə qalxması da əlavə faktor olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, tələb narahatlıqları, ehtiyatların artması və Bayden administrasiyasının fövqəladə ehtiyatlardan istifadə etmə ehtimalı neftin həftəlik qazancını itirməsinə yol açıb.

ABŞ xam nefti yanvar ayından bəri ən aşağı səviyyəyə çatdıqdan sonra bu həftə 4%-dən çox ucuzlaşaraq bir bareli 83 dollara düşüb.

Brent markalı neft isə 90 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et