Neftin qiyməti bir qədər ucuzlaşdı | Banco.az

Neftin qiyməti bir qədər ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ABŞ-Rusiya danışıqları ehtimalına görə ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Fransa tərəfindən ABŞ və Rusiya prezidentlərinin Ukrayna məsələsi ilə bağlı müzakirələrin aparılması üçün görüşməyə razılaşdıqlarının açıqlanmasından sonra neft Asiya birjalarında əldə etdiyi qazancı itirməyə başlayıb.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 91.07 dollara ticarət edilir.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında 0,4% dəyər itirərək bir bareli 93.19 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et