Müəllif: Tamara Mustafayeva, Banco.az
Neft səhər saatlarında cüzi qiymət artımı reallaşdırıb.
Banco.az xəbər verir ki, neft qiymətlərində Çində sıfır-kovid strategiyasından sonra iqtisadi bərpanı sürətləndirmək üçün atılan addımların arzu edilən nəticəni verməməsi və FED sədri Cerom Pauellin bugünkü çıxışında öz şahin mövqeyini qoruyacağı gözləntiləri fonunda stabil dinamika müşahidə olunur.
ABŞ xam neftinin avqust fyuçersi sessiyanın əvvəlində 0,6 faiz ucuzlaşdıqdan sonra bir bareli 71 dolları keçib.
Brent markalı neft isə 76,11 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!