“Neftin qiyməti bir barel üçün 200 dollara qalxa bilər” | Banco.az

“Neftin qiyməti bir barel üçün 200 dollara qalxa bilər”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ötən gün Brent markalı neftin bir barelinin qiyməti üç həftəlik fasilədən sonra 80 dolları ötüb.

Banco.az xəbər verir ki, qiymətin yüksəlməsinə səbəb ABŞ və Britaniyanın Yəməndəki husi qruplaşmalarının ərazisinə raket hücumları olub.

Analitiklərin qənaəti odur ki, bu hadisələrə İran da cəlb edilərsə risklər kəskin arta bilər.

Bu gün beynəlxalq konteyner daşımalarının təqribən 12%-i, neft daşımalarının isə 10%-i Süveyş kanalı vasitəsilə Aralıq dənizinə qoşulan Qırmızı dəniz vasitəsilə həyata keçirilir.

Hələlik vəziyyət yalnız Qərb daşıyıcılarına təsir edib: Rusiya, İraq, Liviya və Çin xammal şirkətlərinin gəmiləri Süveyş kanalından istifadəni davam etdirir. Ancaq aydındır ki, logistika hamı üçün, o cümlədən Rusiya üçün bahalaşacaq.

Rusiyanın dəniz neft ixracının yarısından çoxu gündə təxminən 2 milyon barel kanal vasitəsilə keçir. Vəziyyətin Rusiyanın neft ixracına təsirləri barədə danışan Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov bildirib ki, onlar üçün yeganə üstünlük İranla yaxşı tərəfdaşlıq münasibətlərinin qorunub saxlanmasıdır:

“Süveyş kanalı və Bab əl-Məndeb boğazında gəmiçiliyə təsiri çox yüksəkdir. Afrikanı gəzmək əlavə 10-14 günlük səyahət, əlavə yanacaq xərcləri, yükdaşıma xərclərinin kəskin artması və müvafiq olaraq tanker çatışmazlığı deməkdir. Rusiya neftini daşıyan tankerlərə müəyyən təhlükəsizlik zəmanətləri lazımdır. Bizim üçün ən sərfəli, lakin qeyri-real variant daşıyıcıların əsas hissəsinin Afrika ətrafında dolaşaraq çatdırma edə bilməsidir. Biz isə logistikaya qənaət edərək hələ də Süveyş kanalından istifadə edirik. Marjanın daha böyük olacağı aydındır”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert İranın Hörmüz boğazını bağlayacağı təqdirdə yarana biləcək mümkün radikaı ssenarilərə də toxunub:

“Bu gün heç kim bunun baş verməyəcəyinə zəmanət verə bilməz. Strateji əhəmiyyətli arteriya cənub-qərbdə Fars körfəzini cənub-şərqdə Oman körfəzi ilə açıq okeanı birləşdirir. Buradan gündə təxminən 20 milyon barel neft keçir. Bu da ümumi qlobal daşıma həcminin təxminən 20%-ni təşkil edir. Üstəlik - bütün LNG Qətərdən gəlir. O zaman dünya enerjisi və iqtisadiyyatı dəhşətli şok yaşayacaq, qiymətlər 150-200 dollar barelə qədər qalxa bilər. Qaz qıtlığı da olacaq, qiymətlər min kubmetr üçün minlərlə dollara çata bilər. Lakin bu cür fors-major hallar uzun sürməyəcək, çünki bazar sadəcə olaraq belə bahalı enerji resurslarını həzm edə bilmir və tələbat qaçılmaz olaraq azalacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram