Neftin qiyməti bahalaşmaqda davam edir | Banco.az

Neftin qiyməti bahalaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ötən bir ayın maksimumunda stabilliyini saxlayır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ xam nefti bazar ertəsini 2,4%-lik bahalaşma ilə başa vurduqdan sonra dünən 24 noyabr tarixindən bəri qeydə alınan ən yüksək səviyyəyə çatmışdı. Yeni ticarət günündə də xam neft ehtiyatlarının azalmasına dair xəbərlər və Omikron ştammı ilə bağlı müsbət proqnozlar fonunda bu səviyyədən əməliyyatlar icra edilməkdədir.

Brent markalı neftin fevral fyuçersi London əmtəə birjasında 0,1% dəyər qazanaraq bir bareli 79.02 dollara qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ xam neftinin (WTI) fevral fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 76.01 dollarla stabilliyini saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et