Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri axırıncı üç ayın ən böyük qazancına doğru irəliləyir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri OPEC+ ölkələri tərəfindən qlobal neft tədarükünü nəzarət altına alacaqlarına dair verilən zəmanət ilə ötən ilin oktyabr ayından bəri ən yüksək həftəlik göstəriciyə çatmaqdadır.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 57 dollara yüksəlib.
ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:04-də 0.7% yüksəlməklə 56.63 dollar səviyyəsində icra edilir.
Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında bu həftə ərzində 7.6% yüksəldikdən sonra yenidən 0.7% yüksələrək bir bareli 59.24 dollara qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!