Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bazarlarında neftin qiyməti bahalaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri Bayden hökumətinin strateji əhəmiyyətli neft ehtiyatlarından istifadə mövzusunda geriyə addım atması və özəl sektor göstəricilərinin ABŞ xam neft ehtiyatlarının azaldığını işarə etməsi fonunda bahalaşmağa başlayıb.

ABŞ xam neftinin (WTI) dekabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 7 sent dəyər qazanmaqla hazırda bir bareli 84.22 dollara ticarət edilir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,3% bahalaşaraq bir bareli 85.06 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et