Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ehtiyatların azalması fonunda bahalaşıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri özəl sektor proqnozlarının ABŞ-da neft ehtiyatlarının azalmasına diqqət çəkməsindən sonra Asiya bazarlarında bahalaşıb.
Nyu York əmtəə birjasında bir barel neftin qiyməti çərşənbə axşamı 0.8% yüksəldikdən sonra 48 dollara qalxıb.
ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:54-də 0.5% dəyər qazanaraq bir bareli 48.24 dollar səviyyəsinə çatıb.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0.4% yüksəldikdən sonra bir bareli 51.30 dollara qalxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!