Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 82,64 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,24 dollar (0,29%) çoxdur. Bazar ertəsi bu müqavilələrin qiyməti 1,15 dollar (1,4%) ucuzlaşaraq 82,4 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI neft fyuçerslərinin  qiyməti bu vaxta qədər 0,28 dollar (0,36%) artaraq bir barelə görə 77,06 dollar təşkil edib. Son sessiyanın sonunda 1,23 dollar (1,6%) ucuzlaşaraq 76,78 dollar/barelə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram