Neftin qiyməti bahalaşdı | Banco.az

Neftin qiyməti bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ABŞ neft ehtiyatlarının artmasına baxmayaraq yüksəlib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri ABŞ-da həftəlik ehtiyatlar üzrə rekord artım müşahidə edilməsinə baxmayaraq, peyvəndlə bağlı müsbət xəbərlərin təsirindən yüksəlib. Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 46 dollara qalxıb.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 07:47-də 0.6% dəyər qazanaraq bir bareli 45.81 dollar səviyyəsinə çatıb.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda cüzi gerilədikdən sonra bu gün 0.5% yüksələrək bir bareli 49.12 dollara qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et