Neftin qiyməti Azərbaycana lazım olan səviyyədən aşağı düşdü | Banco.az

Neftin qiyməti Azərbaycana lazım olan səviyyədən aşağı düşdü

Brent neftinin qiyməti yenidən 60 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 12:18-də Brent nfti 59,94 dollardan alıcı tapıb. 

Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ Sentyabr ayından etibarən Çin məhsullarına əlavə vergi tətbiq edəcəyini açıqladıqdan sonra, Çin milli valyutası yuanı ucuzlaşdırmağa başlayıb. 

Ticarət müharibəsinin dünyanın iki böyük  iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin qiymətini 60 dollar götürüb.

Marja