"Neftin qiyməti 84 dolları keçəcək" | Banco.az

"Neftin qiyməti 84 dolları keçəcək"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Wood Mackenzie: Neftin qiyməti 84 dolları keçəcək.

Banco.az xəbər verir ki, OPEC və OPEC+ qrupunun hazırkı hasilatın azaldılmasına dair qərarı və Səudiyyə Ərəbistanının iyul ayında gündəlik əlavə 1 milyon barel ixtisar qərarı ilin qalan hissəsində neftin qiymətinin 84 dollardan bahalaşacağına işarə edir.

Mərkəzi ofisi Şotlandiyada yerləşən araşdırma və konsaltinq şirkəti “Wood Mackenzie” (WoodMac) tərəfindən edilən açıqlamada qlobal neft tələbindəki artımın bu il gündəlik 2,4 milyon barellə gündəlik 1,5 milyon barel olan maye yanacaq tədarükündəki artımdan daha çox olacağı bildirilib.

Açıqlamada həmçinin ilin üçüncü rübündə qlobal ehtiyatlarda ciddi azalma olacağı da vurğulanıb. Bazarlarda davam edən iqtisadi narahatlıqların azalması halında ilin ikinci rübündən etibarən qlobal neft tələbinin ümumi maye yanacaq istehsalını keçəcəyinə diqqət çəkilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et