Tamara Mustafayeva, Banco.az
Goldman Sachs Brent markalı neftin yay aylarında 80 dollara qədər bahalaşacağını proqnozlaşdırır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın beynəlxalq investisiya bankı Goldman Sachs tərəfindən hazırlanan hesabatda neft qiymətlərində hazırki yüksələn dinamikanın davam edəcəyi bildirilib.
Sözügedən hesabatda həmçinin OPEC+ ölkələri üzrə neft hasilatının artan tələbi ödəməkdə çətinlik çəkəcəyi proqnozlaşdırılıb. Belə ki, qlobal neft tələbinin avqust ayında gündəlik 99 milyona çatacağı vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!