Neftin qiyməti 75 dollar olacaq | Banco.az

Neftin qiyməti 75 dollar olacaq

"Neftin qiyməti iqtisadi amillərdən daha çox siyasi amillərdən asılıdır. Elə bir səviyyə var ki, neftin qiyməti ondan aşağı düşə bilməz".

Banco.az " APA"ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidentinin sözlərinə görə, neftin maya dəyərinin 60 dollardan aşağı düşməsi bu sahədəki işlərin 50%-ə qədərinin dayandırılmasına səbəb olub. "Neftin qiymətinin bundan aşağı düşməsi bazarda böyük problemlər yaradır. Bu gün SOCAR-ın neft hasilatı maya dəyərindən aşağıdır. Buna görə, baş verənlər bizə o qədər də təsir etmir".

Ən sərfəli kredit üçün müraciət et

R. Abdullayev "qara qızıl"ın qiyməti ilə bağlı proqnozlarını da açıqlayıb. SOCAR prezidentinin gözləntilərinə görə, qarşıdakı 1-2 il ərzində neftin qiyməti 65-75 dollar arasında dəyişəcək.