Neftin qiyməti 55 dollar səviyyəsini keçdi | Banco.az

Neftin qiyməti 55 dollar səviyyəsini keçdi

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ötən ilin fevral ayından bəri ilk dəfə 55 dollar səviyyəsini keçib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neft qiymətləri Səudiyyə Ərəbistanındakı istehsal defisitinin tədarük bolluğuna dair narahatlıqları azaltması səbəbilə bu həftəni də yüksələn dinamika ilə keçirməyə hazırlaşdığı əsnada Brent markalı neftin qiyməti gün ərzində 1%-dən çox yüksələrək 55 dollar səviyyəsini keçib.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti bu həftə 5% yüksələrək 51 dollar səviyyələrində müəyyənləşib.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 15:18-də 0,8% yüksələrək 51.26 dollar səviyyəsinə qalxıb.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 1% yüksəlişlə bir bareli 54.94 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram