Neftin qiymətində pozitiv dinamika ABŞ-ın qazma qurğularının sayını azaltması ilə bağlıdır.
Dünya bazarında neftin qiyməti bahalaşmağa davam edir. ANS PRESS-in məlumatına görə, hazırda brent markalı neftin bir barelinin qiyməti 39,05 dollar təşkil edir. Bu, ABŞ-ın 7 il ərzində ilk dəfə qazma qurğularının sayını azaltması haqda açıqlama verməsindən sonra baş verib.
Bununla da neft bir barelə görə 1,9% bahalaşıb. 29 fevraldan başlayaraq ABŞ qazma qurğularının sayını 9-13 ədəd azaldaraq 489-a endirib ki, bu da 2009-cu ilin göstəricisinə bərabərdir.
Neftin qiymətində son 3 həftədir ki, sabit artım müşahidə edilir. Buna səbəb ABŞ neft hasilatını minimuma - 2014-cü ilin dekabrının səviyyəsinə endirməsidir.
Dünya birjalarında martın 7-nə olan neftin qiyməti
Fevralın 16-sı Dohada keçirilən görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatını yanvar ayının minimumu səviyyəsində saxlanılmasına dair razılığa gəliblər. Bu təklifi dəstəkləyən ölkələr arasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ, İran və İraq olub. Azərbaycan dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev ANS-ə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan da neft ixrac edən ölkələrin təşkilatı - OPEK-in neft hasilatını artırmamaq təklifinə qoşulub.